“Qarabağ hekayələri” bu tarixdən nümayiş olunacaq

“Qarabağ hekayələri” bu tarixdən nümayiş olunacaq

“Qarabağ hekayələri: Dünən, bu gün, sabah” kinoalmanaxı 2 fevraldan etibarən bütün kinoteatrlarda nümayiş olunacaq.

AzerTimes xəbər verir ki, kinoalmanax “Sizə məktub var…”, “Arxa cəbhə” və “Hasar” adlı 3 qısametrajlı filmdən ibarətdir.

Filmlərin rejissorları Məzahir Həşimov, Gülay Babayeva və Qulu Əsgərovdur. Əsas rollarda Əli Əliyev, Dəniz Tacəddin, Kəmalə Piriyevа, Niyaz Qasımov, Vidadi Həsənov, Leyli Vəliyeva, Nurlan Süleymanlı, Əlibala Əsgərov çəkilib.

Qeyd edək ki, filmin kinoteatr nümayişindən əldə edilən gəlir YAŞAT Fonduna ianə ediləcək.

Teqlər: