“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu – VI turunda evdə İsveçin “Hakken” klubuna qarşı keçirəcəyi oyununun biletləri satışa çıxarılıb.
AzerTimes xəbər verir ki, bu barədə “Qarabağ”ın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qiymətlər müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektorlardakı biletlərin qiyməti isə 250 manatdır.
Biletləri t.az-ın satış məntəqələrindən (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopundan, Tofiq Bəhramov adına Respublika stadionunun və Heydər Əliyev sarayının kassalarından əldə etmək mümkündür.
”Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.
Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq “Qarabağ” – “Hakken” görüşü saat 21:45-də başlayacaq.
Əlavə edək ki, Azərbaycan çempionu dekabrın 30-da, V turda isə Norveçdə “Molde”nin qonağı olacaq.