Bakıda “Qarabağ” və İsveçin “Hakken” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun matçının təyinatları bəlli olub.
AzerTimes AFFA-ya istinadən xəbər verir ki, qarşılaşma Albaniyadan olan hakimlər briqadasına tapşırılıb.
FİFA referisi Yucin Cayaya Doyando Miftari və Rejdi Avdo kömək edəcəklər. Dördüncü hakim funksiyasını Olsion Yzeiraj yerinə yetirəcək. VAR-da italiyalı Luka Payretto və Valerio Marini yer alacaq. Maltalı Alan Mario Sant hakim-inspektor olacaq.
Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ”-“Hakken” görüşü saat 21:45-də başlayacaq. Hazırda Azərbaycan çempionu 7 xalla H qrupunda 2-ci pillədə qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur.