“Qarabağ” gəmi-bərəsi təmirdən sonra istismara qaytarılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Qarabağ” gəmi-bərəsinin əsaslı təmiri yekunlaşıb.

QSC-dən AzerTimes-a bildirilib ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda başlayan təmir işləri planlaşdırılmış şəkildə aparılıb. Belə ki, gəmi-bərənin baş və köməkçi mühərrikləri, mexanizmləri təmir olunub. Gəmi üzrə gövdə-qaynaq, boru-quraşdırma, elektrik və avtomatika işləri yerinə yetirilib.

Gəminin sualtı və suüstü hissəsi, maşın şöbəsi, baş göyərtəsi təmizlənərək rənglənib. Bundan başqa, heyətin yaşayış otaqları yenilənib.

Dəniz-sınaq yoxlamasından uğurla çıxan gəmi-bərə yenidən istismara qaytarılıb.

Qeyd edək ki, “Qarabağ” gəmi-bərəsi 2008-ci ildə istismara verilib. Onun uzunluğu 154,5, eni 17,5 metr, sürəti 14 dəniz milidir. Tam yükgötürmə qabiliyyəti isə 5985 tondur.

Teqlər: