“Qarabağ” Şamaxıda eyniadlı komandaya qarşı keçirdiyi Azərbaycan Premyer Liqasının XII tur oyununda ciddi itki ilə üzləşib.
AzerTimes Report-a istinadla xəbər verir ki, “köhlən atlar”ın yarmmüdafiəçisi Filip Ozobiç sıradan çıxıb. Ayağından zədələnən 30 yaşlı futbolçu matçı davam etdirə bilməyib.
Təcrübəli oyunçunun yerinə meydana 19-cu dəqiqədə Nəriman Axundzadə daxil olub.