UEFA Avropa Liqasında mübarizə aparan “Qarabağ”ın turnirin qrup mərhələsinin VI turunda Almaniyanın “Frayburq” klubuna qarşı keçirəcəyi oyununu idarə edəcək hakimlər açıqlanıb.
AzerTimes xəbər verir ki, oyun Belarusdan olan hakimlər briqadasına tapşırılıb.
“Qarabağ” – “Frayburq”
Baş hakim: Aleksey Kulbakov
Baş hakimin köməkçiləri: Dmitri Juk, Aleh Maslianka
Dördüncü hakim: Dmitry Dmitryiev
VAR: Tiago Bruno Lopes Martins (Portuqaliya)
AVAR: Hugo Filipe Ferreira C. Moreira Miguel (Portuqaliya)
Hakim-inspektor: Georgios Bikas (Yunanıstan)
UEFA nümayəndəsi: Boriana Stoycheva (Bolqarıstan)
Qeyd edək ki, matç noyabrın 3-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.