“Qarabağ FK” Gürcüstanın “Samterdia”sı ilə qarşılaşacaq

“Qarabağ FK” Gürcüstanın “Samterdia”sı ilə qarşılaşacaq

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstanın “Samterdia” klubu ilə qarşılaşacağı matçı türkiyəli hakim Mete Kalkavan idarə edəcək.

UEFA oyunda yan xətt hakmləri olaraq Esat Sancaktar və Erdem Bayik təyin edib.

Halil Umut Meler isə görüşün 4-cü hakimi olacaq. İngilis Qraham Hover UEFA nümayəndəsi, moldovalı Vladimir Antonov isə hakim-inspektor funksiyasını yerinə yetirəcəklər.

Qeyd edək ki, “Qarabağ” – “Samtredia” oyunu iyulun 11-də saat 21:00-da start götürəcək.