Qarabağ FK Almaniya futbol klubu Ayntraxt-a qalib gəldi

Qarabağ FK Almaniya futbol klubu Ayntraxt-a qalib gəldi

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyununda doğma meydanda “Ayntraxt” (Almaniya) ilə qarşılaşıb.
AzerTimes-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə bitib.

Ağdam təmsilçisinin heyətində Kamilo Duran dubl müəlliffi (4, 80) olub. Qonaqların heyətində Can Uzun (11) və Fares Chaibi (78-pen) fərqləniblər. “Köhlən atlar”a qələbə gətirən qola isə 90+4-cü dəqiqədə Bəhlul Mustafazadə imza atıb.

Bununla da ağdamlılar cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsindəki xallarının sayını 10-ə çatdırıblar.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv sonuncu – VIII turda, dekbarın 29-da səfərdə İngiltərənin “Liverpul” kollektivinin qonağı olacaq.

***

23:28

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun “Qarabağ” – “Ayntraxt” (Almaniya) oyununda daha iki qol vurulub.

AzerTimes xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda hesab 2:2 olub.

78-ci dəqiqədə qonaqların heyətində penaltini dəqiq yerinə yetirən Fares Chaibi komandasını hesabda irəli çıxarıb. 2 dəqiqə sonra isə Kamilo Duran Ağdam kollektivinin heyətində dublunu rəsmiləşdirərək yenidən hesaba tarazlıq gətirib – 2:2.

***

22:53

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun “Qarabağ” – “Ayntraxt” (Almaniya) oyununda ikinci hissə başlayıb.

AzerTimes xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda davam edən matçda tərəflər hərəyə 1 dəfə fərqləniblər.

Görüşü isveçrəli FIFA referisi Sandro Şerer idarə edir.

***

22:33

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun “Qarabağ” – “Ayntraxt” (Almaniya) oyununda ilk hissə başa çatıb.

AzerTimes xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda tərəflər fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

Görüşü isveçrəli FIFA referisi Sandro Şerer idarə edir.

***

22:00

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun “Qarabağ” – “Ayntraxt” (Almaniya) oyununda ikinci qol vurulub.

AzerTimes xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesabı bərabərləşdiriblər – 1:1.

11-ci dəqiqədə Can Uzun adını tabloya yazdırıb.

***

21:54

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun “Qarabağ” – “Ayntraxt” (Almaniya) oyununda hesab açılıb.

AzerTimes xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda ev sahibləri hesabda önə keçiblər.

4-cü dəqiqədə Kamilo Duran fərqlənib.

***

21:49

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun “Qarabağ” – “Ayntraxt” (Almaniya) oyunu start götürüb.

AzerTimes xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Görüşü isveçrəli FIFA referisi Sandro Şerer idarə edir.