Qarabağ ermənisini güllələyən general həbs edildi

Qarabağ ermənisini güllələyən general həbs edildi

Polisdən gizlənən Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Tiran Xaçatryan həbs edilib.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, bir gün əvvəl restoranda ziyafət zamanı mübahisə baş verib və general Xaçatryan atəş açıb:

“Xaçatryan keçmiş müdafiə naziri David Tonoyanın ona verdiyi fərdi silahla atəş açıb. Atışma nəticəsində Qarabağ ermənisi Rayr Mnatsakanyan yaralanıb. Hazırda istintaq prosesi davam edir”.

Teqlər: