Qarabağ ermənilərini köçürmək lazımdır – Surenyants

Qarabağ ermənilərini köçürmək lazımdır – Surenyants

Bakı ilə Xankəndi arasında “dialoq” asimmetrik olacaq. İndiki vaxtda hətta siyasi muxtariyyətin müzakirəsini də gözləmək əbəsdir. Çətin şeylər yazdığımı bilirəm, amma seçim yoxdur. Qarabağda vəziyyət çətinləşir və indi pafos zamanı deyil.

AzerTimes xəbər verir ki, bu barədə erməni politoloq Suren Surenyants Feysbukda yazıb.

“Dialoq” Rusiya sülhməramlılarını hərəkətə gətirməyin və ya Qarabağın erməni əhalisi üçün hansısa beynəlxalq təhlükəsizlik mexanizminin yaradılacağına qeyri-müəyyən ümid bəsləmək üçün son yoldur. Qlobal mənada ya 9 noyabr rejimi bərpa olunmalı, ruslar Qarabağ ermənilərinin təhlükəsizliyinə zəmanət verməlidirlər (yeni mexanizm yaradacaqlarına inanmaq çətindir), ya da Qarabağ ermənilərinin təxliyəsi haqqında düşünməlidirlər. Mümkün “dialoq” bütün beynəlxalq aktorların niyyətlərini və bizim gözləntilərimizi və ya onların yoxluğunu aşkar etmək üçün son sınaqdır”, – o bildirib.

Teqlər: