Bu gün İrəvanda “Könüllülər, milis və ehtiyatda olan hərbçilər dərnəyi” adlı qurum mətbuat konfransı keçirib.
AzerTimes xəbər verir ki, yeni yarandığını elan edən bu qurumun təşəbbüsçüləri keçmiş deputat Vardan Xaçatryan, İrəvanın keçmiş meri Albert Bazeyan, sosioloq Razmik Martirosyan və başqalarıdır.
Tədbirdə çıxış edən Qagik Saruxanyan adlı “hərəkat üzvü” deyib ki, dərnək Qarabağdakı erməni əhalisinə dəstək üçün yaradılıb.
“Lazım gələrsə, onlara silahlı dəstək verməyə hazırıq. Ancaq hesab edirəm ki, “artsax xalqı” özü təşkilatlanmalı və BMT Təhlükəsizlik Şurasına müraciət etməlidirlər”.