Qarabağ erməniləri insan deyillər – Baqdasaryan

Qarabağ erməniləri insan deyillər – Baqdasaryan

Erməni bloger Roman Baqdasaryan Azərbaycanın Qarabağ bölgəsini tərk edən bəzi erməniləri kin və qeyri-insanilikdə ittiham edib.

AzerTimes xəbər verir ki, o, bu barədə Feysbuk səhifəsində yazıb.

“Bütün günü qarabağlılarla ünsiyyətdə oluram. Bu gün anladığım bir şey odur ki, kin bir çox insanın ruhunu yeyib. Arxa oturacağı hər cür zibillə doldurun və azyaşlı uşağı olan tək ananı özünüzlə aparmaqdan imtina edin. Bu nədir? Qoxulu yorğanlar qonşudan və canlı insandan daha vacibdir? Əsəbdən titrəyirəm! Özünü necə apardığını başa düşürsən? Ermənistanda sənə yüz yorğan verəcəklər! Gəlin, insan olaq!” – Baqdasaryan qeyd edib.

Qeyd edək ki, bir müddət sonra o, bu yazını silib.

Teqlər: