Qarabağ erməniləri gedir – Separatçılar “nəzarəti” artırdı

Qarabağ erməniləri gedir – Separatçılar “nəzarəti” artırdı

Son vaxtlar Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında yaşayan ermənilərin Ermənistana getməsi separatçıları ciddi şəkildə narahat edib.

AzerTimes xəbər verir ki, bununla bağlı erməni mediası məlumat yayıb.

Bildirilib ki, separatçıların yeni rəhbəri Samvel Şahramanyan bununla bağlı iclas keçirib, əsas məsələ isə Qırmızı Xaç və Rusiya sülhməramlıları vasitəsilə Ermənistana gedən sakinlər olub.

“Qarabağdan gedənlərin əsasən Ermənistan ordusunun əsgərləri olması barədə Azərbaycan mediasında yayılan məlumatlar həqiqəti əks etdirmir.

Ermənistana gedənlər ciddi sağlamlıq problemləri olan şəxslər, Rusiya Federasiyasının vətəndaşları və onların ailə üzvləri, Qarabağın mədən sənayesində, digər sahələrdə tikintidə işləmiş Ermənistan Respublikasının vətəndaşları və Ermənistan və xaricdə ali məktəblərə qəbul olanlardır.

Bununla bərabər, bu müddət ərzində müxtəlif şəxslər “sərəncamdan yan keçərək” müxtəlif yollarla Qarabağı tərk ediblər ki, bu da haqlı olaraq müxtəlif daxili şikayətlərə səbəb olub”, – məlumatda bildirilib.

Separatçıbaşının keçirdiyi iclsada Qarabağdan çıxışa nəzarətin gücləndirilməsi, başqa sözlə, girov saxlanılan ermənilərə daha sərt nəzarət barədə “qərar” verilib.

Teqlər: