Təxminən 5 aya yaxındır ki, Qarabağda qeydiyyatda olan 7 min 825 şəxs Ermənistanı tərk edib və geri qayıtmayıb.
AzerTimes xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
“2023-cü ilin sentyabrından 2024-cü il martın 4-dək Qarabağdan olan 13 min 619 şəxs Ermənistanı tərk edib, onlardan yalnız 5 min 794-ü geri qayıdıb”, – məlumatda deyilir.