Xəbər - Fərid Zöhrabov – Trend:
UEFA Konfrans Liqası çərçivəsində keçirilən “Marsel”-“Qarabağ”
matçında ermənilərin stadionda törətdiyi təxribatla bağlı UEFA-ya
və “Marsel” klubuna rəsmi şəkildə şikayət edəcəyik.
Bunu Trend-ə açıqlamasında “Qarabağ” futbol klubunun
mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib.
“Biz bunu gözləyirdik. Ermənilər dəfələrlə “Qarabağ“ klubunun
oyunlarında belə təxribatlara əl atıb. Plakat açılandan dərhal
sonra stadionun təhlükəsizlik xidməti tərəfindən yığışdırıldı”.
Qeyd edək ki, dünən “Qarabağ” UEFA Konfrans Liqasının pley-off
mərhələsində ilk oyununu keçirib. Ağdam klubu tarixi matçda Fransa “Marsel”inin qonağı olub. “Velodrom” stadionunda oynanılan
qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa
çatıb.
Stadiondakı bir qrup erməni azarkeş tərəfindən qarşılaşmanın
gedişində təxribat xarakterli plakat açılıb.
Twitter:@FaridZohrabov