Xəbər - Sədrəddin Ağcayev – Trend:
Qarabağ Dirçəliş Fondu tərəfindən Azərbaycanda bərpa olunan enerji mənbələri sahəsinə investorların cəlb olunması ilə bağlı danışıqlar aparılır.
Trend-in məlumatına görə, bunu Fondun İdarə heyətinin sədri Rəhman Hacıyev bazar ertəsi Bakıda keçirilən Yaponiya-Azərbaycan investisiya forumu zamanı deyib.
O bildirib ki, bu istiqamətdə Fond tərəfindən xüsusi layihə hazırlanır:
“Artıq bir sıra Yaponiya və digər ölkə şirkətləri ilə əməkdaşlıq təşkil olunub. Biz Qarabağda bərpa olunan enerji mənbələri sahəsində layihələrin reallaşdırılması üçün böyük potensial görürük və bu istiqamətdə bir çox layihələr reallaşdırılacaq”.
(Tərcümə: Orxan Nəbiyev)