İlk hissədə “Qarabağ” çox fantastik oyun nümayiş etdirdi.
AzerTimes xəbər verir ki, bunu Niderlandın “Ayaks” komandasının baş məşqçisi Françesko Farioli Bakıda “Qarabağ”a qarşı keçirdikləri UEFA Avropa Liqası matçından sonra mətbuat konfransında deyib.
“Nəticə məni çox razı saldı. Futbolçularım öz bacarıqlarını nümayiş etdirərək qalib gəldi. İlk hissədə “Qarabağ” çox fantastik oyun nümayiş etdirdi. Mən dünənki mətbuat konfransında da bildirmişdim ki, bu komandaya qarşı bizi çətin oyun gözləyir. Təbii ki, qırmızı vərəqədən sonra görüşdə müəyyən dəyişikliklər baş verdi. İlk qoldan sonra matçda üstünlüyü ələ ala bilmişdik. Üçüncü qola qədər meydanda gərgin mübarizə gedirdi. Hakim idarəçiliyi ilə bağlı danışa bilmərəm. Biz heç vaxt referilərin qərarlarını müzakirə etmirik”, – o bildirib.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun “Qarabağ” – “Ayaks” matçı qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.