“Qarabağ” güclü komandadır. Son 10 ildə ciddi uğurlara imza atıblar. Bu nəticə rəqibin böyük klub olmağından xəbər verir”.
AzerTimes xəbər verir ki, bu sözləri Niderlandın “Ayaks” komandasının baş məşqçisi Françesko Farioli UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri III tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.
O, sabahkı matça itkilərlə çıxacaqlarını bildirib: “Buna baxmayaraq, əlimizdən gələni edəcəyik. Rəqib çox ciddi və güclü komandadır. Təhlükəli oyunçuları var. Biz “Qarabağ”ın zəif nöqtələrini analiz etmişik. Həmçinin öz səhvlərimiz üzərində işləmişik. Emosiyaları kənara qoymalıyıq. Ən önəmlisi, nəticəyə köklənməkdir. Bütün diqqətimiz sabahkı matçdadır. Bakıya bizi dəstəkləməyə gələn azarkeşlərimizi sevindirmək istəyirik”.
Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.