“Qarabağ” Çempionlar Liqasına bu ölkədə hazırlaşacaq

“Qarabağ” Çempionlar Liqasına bu ölkədə hazırlaşacaq

“Qarabağ”ın mövsümlərarası fasilə dövründəki hazırlıq planı müəyyənləşib.

AzerTimes xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Təmsilçimiz Çempionlar Liqası hazırlığı üçün Bakıda başlayacaq məşqlərə iyunun 18-də start veriləcək. Paytaxtdakı toplanış iyulun 2-dək davam edəcək.

Hazırlıq prosesinin ikinci mərhələsi Avstriyada gerçəkləşəcək. Ağdam təmsilçisi iyulun 2-dən 16-dək bu ölkədə təlim-məşq toplanışı keçirəcək.

“Qarabağ” Zell-Am-Seenin Kaprun bölgəsində yerləşən “Tauern” otelində məskunlaşacaq. Hazırlıq çərçivəsində üç oyun günündə ümumilikdə 4 yoxlama görüşü təşkil olunacaq. Rəqiblər barədə daha sonra ictimaiyyətə məlumat veriləcək.

Teqlər: