“Qarabağ” böyük hesabla qalib gəldi

“Qarabağ” böyük hesabla qalib gəldi

Azərbaycan Premyer Liqasında XXXIII tura yekun vurulub.

AzerTimes xəbər verir ki, turun son matçında “Qarabağ” “Qəbələ”ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3-0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbə ilə xallarını 84-ə çatdıran Ağdam təmsilçisi zirvədəki yerini qoruyub və çempionluğa bir az da yaxınlaşıb. Ən yaxın izləyicisi “Sabah”ı 7 xal qabaqlayan “köhlən atlar” növbəti oyunda “Səbail”ə qalib gələcəyi halda sona 2 tur qalmış qızıl medalları təmin edəcək. 48 xalı olan “Qəbələ” isə 4-cü pillədə qərarlaşıb.

Teqlər: