Qarabağ böyük hesabla Çelsiyə məğlub oldu

Qarabağ böyük hesabla Çelsiyə məğlub oldu

Qarabağ” komandası futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində ilk qarşılaşamasını keçirib.

“Qarabağ” əsas mərhələ matçında “çelsi” ilə qarşılaşıb. Matç Londonda, məşhur “Stemford Bric” stadionunda baş tutub.

Ağdam təmsilçisi ilk matçını məğlubiyyətlə başa vurub. Oyun ərzində rəqib qapımızdan 6 top keçirib.

Qolların müəlli fləri Pedro, Zappakosta, Azpilikueta, Bokayako, Batşuay, Medvedev olub.

Klubun baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının qalibi olmağa namizəd bir komanda ilə qarşılaşdıqlarını deyib. ““Çelsi”nin gücü hər kəsə məlumdur. Təbii ki, müəyyən səhvlər etdik, bu da bizim bu turnirdə ilk oyunumuz olmağıyla bağlıdır. Səhvlərimiz üzərində işləyəcəyik. Çempionlar Liqası bizim üçün yenidir. “Qarabağ”ın baş məşqçisi olduğum üçün fəxr edirəm. Komandamızın Azərbaycanı təmsil etməsi məsuliyyətimizi artırır. Səhvlərimizdən nəticə çıxarıb öz üzərimizdə işləməyə davam edəcəyik. “Çelsi” və Antonio Konteni də qələbə münasibətiylə təbrik edirəm”.