Füzuli. Samir Əli – Trend:
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qarabağ bölgəsi və ətraf rayonların su ehtiyatlarının həcmini açıqlayıb.
AzerTimes-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov jurnalistlərə açıqlamasında bildirib ki, bu ərazilərdə 14 çay, doqquz su anbarı mövcuddur:
“Araz, Bərgüşad, Tərtər, Həkəri, Oxçu, Lev, Zabux, Tutqun, Turağay, Bəsit, Qarqar, Quru, Xaçın və Köndələn çayları Qarabağ ərazisindədir. Bu çayların üzərində Xudafərin, Sərsəng, Qız Qalası, Xaçınçay, Aşağı Köndələnçay, Suqovuşan, Köndələnçay-1, Köndələnçay-2 və Ağdamkənd su anbarları yerləşir. Bu anbarlardan ən böyüyü Xudafərin su anbarıdır (1 milyard 612 milyon kubmetr). Çaylardan ən böyüyü isə Araz çayıdır. Onun uzunluğu ( 1072) kilometrdir”.
Nazir müavini deyib ki, bu su anbarlarının və çayların olması Qarabağ bölgəsində suvarma, içməli su və enerji təminatında çox mühüm əhəmiyyət daşıyır.