Qarabağ Benfika’nın futbolçusuna təklif göndərdi

Qarabağ  Benfika’nın futbolçusuna təklif göndərdi

Qarabağ“ın heyətinə qatmaq istədiyi daha bir futbolçunun kimliyi müəyyənləşib.

Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan komandamız “Benfika”dan Ola Conu heyətinə qatmağa çalışıb.

Ola Con “Qarabağ” və Yunanıstanın “Panatinaikos” klublarının təklifindən imtina edib. Onun karyerasını Türkiyədə – “Sivasspor”da davam etdirmək ehtimalı var.

Qeyd edək ki, 2012-ci ildə “Tvente”dən “Benfika”ya 9 milyon avroya transfer olunub. O, Portuqaliya klubunun heytində indiyədək 88 rəsmi oyun keçirib və 8 qol vurub. 25 yaşlı sağ cinah futbolçusu müxtəlif vaxtlarda Almaniyanın “Hamburq”, İspaniyanın “Deportivo”, İngiltərənin “Ridinq” və “Vulverhempton” klublarına icarəyə verilib.

Ola Con Hollandiyanın U-17, U-19 və U-21 yığmalarında çıxış edib. 2013-cü ildə ilk dəfə A milliyə dəvət alıb və bir oyunda meydana çıxıb.

O, 2010/11 mövsümündə “Tvente”nin heyətində Hollandiya Kubokunu və Super Kubokunu qazanıb. 3 dəfə Portuqaliya çempionluğunu (2013/14, 2014/15, 2015/16) qazanan futbolçu ölkə kubokunu (2013/14), liqa kubokunu (2013/14, 2014/15) və Superkubokunu (2014) başı üzərinə qaldırıb. Ola Con həmçinin 2012/13 mövsümündə “Benfika” ilə Avropa Liqasının finalında oynayıb.