Qarabağ belə idarə ediləcək, yaşlı ermənilər isə…

Qarabağ belə idarə ediləcək, yaşlı ermənilər isə…

Ermənilər artıq Qarabağda yaranan reallıqla barışırlar.

AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bu iddia ilə Karnegi Fondunun eksperti Kiril Krivoşeyev çıxış edib.

Onun sözlərinə görə, İrəvanda artıq anlayırlar ki, nə kütləvi etirazlar, nə beynəlxalq tərəfdaşlar Qarabağın taleyinə təsir edə biləcək:

“İndi Qarabağ Ermənistan üçün siniri çıxarılmış diş kimidir. Yəni onu ağrısız deşib, plomblamaq olar. Mövcud faktı artıq Qarabağ erməniləri də başa düşürlər”.

Krivoşeyev həmçinin Qarabağda ermənilərə qarşı etnik təmizləmənin aparılacağına dair iddiaların əsassız olduğunu söyləyib:

“Azərbaycan hakimiyyətinin bəyanatlarından aydın olur ki, ermənilərə digər etnik azlıqlara göstərilən münasibət nümayiş etdiriləcək. Yəni heç bir xüsusi avtonomiya və adaptasiya proqramı tətbiq edilməyəcək. Bununla belə, Azərbaycan pasportunun alınması sadə məsələ olmayacaq. Yəqin, müəyyən müddət gözləmə olacaq ki, Qarabağ erməniləri yeni reallıqla toqquşsunlar. Mümkündür ki, bəlkə də bunun sonunda Ermənistana köçmək qərarı verəcəklər”.

Krivoşeyev məsələnin bu tərzdə getməsinin bir çox problemləri ortaya çıxaracağını vurğulayıb. O, köç qərarı verən ermənilərin daşınmaz əmlakının necə olacağı sualının hələ də açıq qaldığını qeyd edib:

“Yəqin ki, Azərbaycan hakimiyyəti bölgənin sakinləri ilə Ermənistandan gələnlərə fərqli yanaşacaq. Bütün bunlar Qarabağ ermənilərinin kütləvi emiqrasiyasını real variant edir. Yalnız evinə bağlı olan qocalar qalacaq ki, onlara da ətrafda baş verənlər maraqlı deyil. Belə şəxslər siyasi həyatda iştirak etmir və hakimiyyət üçün problem yaratmırlar”.

Ekspert belə ssenarinin erməni ictimaiyyətində qəzəb yaradacağını söyləyib. O, Ermənistanın Qarabağdan köçənlərin yerləşdirilməsində problem yaşayacağını, amma bunun sərhəd boyunca yarana biləcək müharibə təhdidinin yanında heç nə olduğunu qeyd edib.

Krivoşeyev Ermənistan ictimaiyyətinin Qarabağın itirilməsi ilə barışdığını və buna görə də dərin depressiyada olduğunu bildirib. Ekspert xalqın bu situasiyadan yalnız Türkiyə ilə sərhədlərin açılıb, AB ilə münasibətlərin yaxınlaşması sayəsində çıxa biləcəyini deyib:

“Rusiya ilə münasibətlərdə deqradasiya qaçılmazdır, çünki danışıqlar üçün əsas mövzu olan Qarabağ itəcək. Ümumilikdə Moskvanın təsiri Ankara, Brüssel və Vaşinqtonun təsiri ilə eyni sırada gedəcək”.

Teqlər: