“Qarabağ” azarkeşləri Yunanıstanda hücuma məruz qaldı

“Qarabağ” azarkeşləri Yunanıstanda hücuma məruz qaldı

Yunanıstanda “Olimpiakos”la UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununu izləmək üçün stadiona gələn “Qarabağ” azarkeşləri hücuma məruz qalıb.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin AzerTimes-a verdiyi məlumata görə, 20 yaxın tərəfdar yerli fanatların təzyiqi ilə üzləşib.

Yalnız polislərin müdaxiləsindən sonra azarkeşlərin təhlükəsizliyi təmin olunub. İnsidentin qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edilib.

“Qarabağ”ın məsələyə qarışmasından sonra isə tərəfdarlar daha təhlükəsiz sektora keçirilib.

Teqlər: