Qobustan. Trend:
Azərbaycanda Qarabağ atlarının hərracla satışı davamlı olaraq
həyata keçiriləcək.
AzerTimes-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin
İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri
Vüqar Hüseynov deyib.
Onun sözlərinə görə, gələcəkdə Dilboz atlarının da satışı həyata
keçiriləcək: “Gələcəkdə xaricdən gətirilmiş digər damazlıq
heyvanların – inək, qoyun, keçi və digər heyvanların hərrac
vasitəsilə satışını həyata keçirmək planlaşdırılır: “Ümumiyyətlə,
Qobustan Heyvandarlıq Mərkəzi xaricdən gətirilmiş damazlıq
heyvanların satışı üçün əlverişli məkandır. Təsərrüfatı olan
istənilən şəxs damazlıq heyvan almaq istəyirsə, bura gələ
bilər”.