Qobustan. Trend:
İlk dəfə satışa çıxarılan “Sahil” adlı Qarabağ cinsli at 5500
manata satılıb.
AzerTimes-ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin Heyvan
Nümayiş Mərkəzində keçirilən hərracda Qarabağ cinsindən olan “Sahil” adlı ata ilk olaraq 5000 manat qiymət qoyulub.
Hərracda iştirak edən Tərtər rayon sakini Habil İbrahimov həmin
ata 5500 manat verib. Hərrac başa çatıb və o ata sahib olub.
Hərraca çıxarılan ikinci Qarabağ cinsli at da satılıb. “Zilaxar”
adlı ikinci Qarabağ atına ilkin olaraq 7 min manat qiymət
müəyyənləşib.
Fərrux Süleymanov adlı iştirakçı ata 7 min 200 manat verəcəyini
bildirib. Daha sonra hərracın digər iştirakçısı Orxan Qardaşxanov “Ziləxar” adlı atı 7500 manata alıb.