Təlim-məşq toplanışı çərçivəsində sabah Avstriyaya yola düşəcək “Qarabağ”ın yoxlama görüşlərində qarşılaşacağı rəqiblərdən ikisi bəlli olub.
AzerTimes klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi iyulun 9-da, saat 14:30-da “Kayzerslautern” (Almaniya), həmin gün 20:00-da isə “Viktoriya” (Plzen, Çexiya) klubları ilə üz-üzə gələcək.
Qurban Qurbanovun komandasının Tirolda 4 yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub.