“Qarabağ” klubu Azərbaycan Premyer Liqasının VI turunda “Sabah”a 4:3 hesabı ilə qalib gəlib. Bununla da Qurban Qurbanovun yetirmələrinin məğlubiyyətsiz oyunlar seriyası 25-ə çatıb.
AzerTimes Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, Ağdam klubu sonuncu dəfə ötən mövsümdə – oktyabrın 25-də “Səbail”lə səfər qarşılaşmasında uduzub – 1:3. Həmin matçdan sonra bölgə təmsilçisi 21 qələbə qazanıb və 4 heç-heçə edib.
Bu, ölkə çempionatları tarixində 25 və daha çox oyunu əhatə edən 8-ci belə seriyadır. Aktivində 31 matçdan ibarət məğlubiyyətsizlik də olan “Qarabağ” ikinci dəfə “25”ə çatıb.