Dünya klublarının qlobal reytinqi açıqlanıb.
AzerTimes xəbər verir ki, siyahıda planetin 1000 ən yaxşı komandası yer alıb.
Premyer Liqanın çempionu “Qarabağ” 172-ci yerdə qərarlaşıb. Qurban Qurbanovun yetirmələrinin əmsalı 0,671-dir.
Ağdam klubu 8 pillə irəliləyib.
Qeyd edək ki, siyahıya 2,020 xala malik “Mançester Siti” başçılıq edir.