Azərbaycan çempionu “Qarabağ” Polşanın “Stal” klubunun qolkiperi Mateuş Koçalskini transfer etmək istəyir.
AzerTimes “PSN Futbol”a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin 24 yaşlı qolkiperin transferi ilə bağlı onun klubu ilə razılıq əldə etdiyi bildirilir.
İddiaya görə, “Qarabağ” Koçalski üçün “Stal”a 1 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, “Stal” Mateuş Koçalskini 2022-ci ilin yayında Varşava “Legiya”sından transfer edib. Polşa millisinə də dəvət olunan qapıçı Meleç təmsilçisinin heyətində 40 rəsmi matçda meydana çıxıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.