Qara qızıl bahalaşmaqda davam edir

Qara qızıl bahalaşmaqda davam edir

Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti artmaqda davam edir.

London birjasında “qara qızıl” 1,94% bahalaşaraq bir barelinin qiyməti 43,04 dollar olub. Sonuncu dəfə neft sentyabrın 4-də bu göstəricidə olub.

WTI markalı neft isə 1,11% bahalaşma ilə bir barelə görə 40,86 dollara yüksəlib.