Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi “Qarabağ” klubunda çıxış edən Qara Qarayevin yığmaya çağırılmamasına münasibət bildirib.
AzerTimes xəbər verir ki, 66 yaşlı mütəxəssis bu barədə Slovakiyaya qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyunundan əvvəl mətbuat konfransında açıqlama verib.
İtaliyalı baş məşqçi 30 yaşlı yarımmüdafiəçinin məsələdən xəbərdar olduğunu söyləyib: “Qara Qarayev buraya gəlməməsinin səbəbini yaxşı bilir”.
Qeyd edək ki, sentyabrın 22-də Trnava şəhərində Slovakiyanın qonağı olacaq Azərbaycan millisi 3 gün sonra Bakıda Qazaxıstanı qəbul edəcək.