Qara görə Şuşadan çıxa bilməyən sərnişin avtobusu Bakıya yola düşüb (FOTO)

Mart ayının 13-də Bakı-Şuşa reysi ilə hərəkət edən sərnişin
avtobusu kəskinləşən hava şəraiti ilə əlaqədar olaraq Şuşa şəhərini
tərk edə bilməyib.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən AzerTimes-a verilən məlumata görə, son üç
gündə Şuşa şəhərinə qar yağır, hava temperaturu mənfi 4-7 dərəcə
arasında dəyişir.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin və Dövlət Avtomobil
Nəqliyyatı Xidməti rəhbərliyinin tapşırığı ilə avtobusla gələn 43
sərnişin, sürücülər və könüllülər “Xarıbülbül” hotelinə
yerləşdirilib və qida ilə təmin olunublar. Sərnişin avtobusu bu gün
səhər Bakıya yola düşüb.

Teqlər: