Qara düyü ürək-damar xəstəlikləri və xərçəngdən qoruyur

Qara düyü ürək-damar xəstəlikləri və xərçəngdən qoruyur

Son zamanlar market rəflərində adət etmədiyimiz bir qida növü ilə tez-tez rastlaşırıq – qara düyü.

Mütəxəssislər bildirir ki, bu düyü növü ağ düyüdən daha faydalı olur. Çünki qara düyünün qidalandırıcı dəyəri çox yüksəkdir.

Bu qəribə düyü barədə türkiyəli dietoloq Fatma Gönenin məlumatlarını diqqətinizə çatdırırıq.

O deyir ki, qara düyü antioksidant dəyərinin yüksək olması səbəbi ilə qocalmanın qarşısını alır: “Hər nə qədər bişməmiş düyünün rəngi qara olsa da, bişdiyində bənövşəyi bir rəng alır. Dünyada “superfood” (super qida) olaraq adlandırılan, mineral və vitamin baxımından ən zəngin qidalar arasındadır. Antik çağlardan bəri çinlilər tərəfindən istehlak olunmaqda olan qara düyü “qadağan düyü” olaraq da bilinir. Qadağa olaraq adlandırılmasının səbəbi çox az yetişdiyi üçün sadəcə imperatorların yeməsinə icazə verilməsindən qaynaqlanır. Bişdiyində isə bir az əzildiyi üçün Asiya mətbəxində daha çox şirniyyat olaraq yeyilir”.

Mütəxəssis bu düyünün ağ düyüdən fərqi barədə də məlumat verdi. Onun sözlərinə görə, qara düyünün ağ düyüdən fərqi qabığından ayrılmamasıdır. Bu səbəblə vitamin, mineral, antioksidant və lif baxımından daha zəngindir. Ağ düyüyə nəzərən daha çox maqnezium və antioksidant tərkiblidir. Proteinlə də zəngindir: “Qara düyü lisin və triptofan kimi essensial amin turşularla zəngindir. Tiamin (B1), riboflavin(B2), fol turşusu (B9) vitaminləri, dəmir, sink, kalsium və fosfor mineralları ilə zəngindir. 100 qr qara düyü 8,5 q protein, 3,5 mq dəmir və 4.9 q lif tərkiblidir. Ürək-damar xəstəlikləri, xərçəng və digər xroniki xəstəliklərə qarşı qoruyucudur. Tərkibindəki E vitamini ilə bərabər immunitet sistemini qüvvətləndirir. Liflə zəngin olması bağırsaqların işləməsini düzənləyir, toxluq hissini artırır və qan şəkərinin yavaş yüksəlməsinə şərait yaradır”.

Dietoloq deyir ki, qara düyü qlüten tərkibli olmadığından qlütensiz qidalanmanı seçənlər üçün əhəmiyyətli bir alternativdir. Qlütensiz və vegetarian qidalanan şəxslər üçün protein baxımından da zəngin bir seçimdir.

Ağ düyüyə nəzərən daha çox maqnezium tərkibi səbəbi ilə xüsusilə sümük, sinir toxuması, əzələlərin işləməsi və ürək sağlamlığı üçün əhəmiyyətli bir qaynaqdır. Həmçinin antioksidant dəyəri yüksəkdir.

Antioksidantlar bədənin immunitet sistemini qüvvətləndirərək yaşlanmağın təsirlərini də azaldır”.

F.Gönen bildirir ki, tərəvəzli, ətli, ya da toyuqlu plov olaraq istifadə edə bilərsiniz: “Qaynadıb salatlarınıza, şorbalarınıza, dolmalarınıza əlavə edə bilərsiniz. Xüsusilə idmanla məşğul olan şəxslər üçün gözəl bir kompleks karbohidrat alternatividir”.