Qara dənizdə Tanzaniya bayrağı altında üzən “Məhəmməd-Z” gəmisi batıb.
AzerTimes xəbər verir ki, bu barədə Rumıniya Dəniz Administrasiyası məlumat yayıb.
Gəmi Rumıniyanın Sfıntu-Qeorqe şəhərindən 26 dəniz mili aralıda batıb.
Qeyd edilib ki, “Məhəmməd-Z” gəmisinin ekipajı 11 nəfərdən – 9 Suriya və 2 Misir vətəndaşından ibarət olub. Onlardan 8-i xilas edilib. Digər 3 ekipaj üzvünün axtarışları davam edir.
Qəzanın səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb.