Ukrayna və Rusiya qüvvələri arasında Qara dənizdə strateji əhəmiyyətli qaz və neft platformaları olan “Boyko qüllələri” adlanan yer uğrunda döyüşlər gedir.
AzerTimes xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında bildirilib.
“Krımla Odessa arasında yerləşən bu platformalar nəinki dəyərli karbohidrogen ehtiyatlarına nəzarət edir, həm də Zmeyni adası kimi bazalar, helikopter meydançaları və uzaq mənzilli raket sistemləri üçün istifadə oluna bilər”, – hesabatda qeyd olunub.
Bildirilib ki, ötən həftə Rusiya döyüş təyyarələri “Boyko qüllələri” adlanan ərazidə olan Ukrayna hərbi qayığını atəşə tutub:
2022-ci ildə Rusiyanın işğalından sonra Ukrayna Rusiyanın nəzarətində olan bir neçə platformaya zərbələr endirib. Həm Rusiya, həm də Ukrayna da vaxtaşırı onları ələ keçirir”.