Qara Dəniz Ticarət və İnkişaf Bankı Türkiyə və Ukraynada yerli valyutada istiqrazlar buraxa bilər

Saloniki. Ləman Zeynalova -Trend:

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Türkiyə və Ukraynada yerli valyutada maliyyələşmənin təqdim olunması üçün böyük potensial görür.

AzerTimes-ın Yunanıstana ezam olunmuş müxbirinin məlumatına görə, bunu QDTİB-in prezidenti Dmitri Pankin Salonikidə “Qara dəniz regionu post-pandemiya dövründə: QDTİB rəhbərliyi ilə strateji dialoq” adlı tədbir zamanı deyib.

O bildirib ki, hazırda Bank Azərbaycan, Rumıniya və digər ölkələrdə yerli valyutada istiqrazlar buraxır:

“Bu halda Bankın məsuliyyəti dəyişmir. Biz həm də Türkiyə və Ukraynada da yerli valyutada istiqrazlar buraxa bilərik. Hələlik bu, çətindir, amma gələcəkdə bunun üçün imkan var”.

D.Pankin əlavə edib ki, QDTİB regiond əlavə resursların səfərbər olunması üçün maliyyələşmənin təşkilinə rəhbərlik və layihələrin yaradılması üzrə potensialını gücləndirmək niyyətindədir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: