Saloniki. Ləman Zeynalova -Trend:
Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) 2021-ci ilin ilk yeddi ayı ərzində 490 milyon avro məbləğində 19 yeni layihəni təsdiq edib.
Trend-in Yunanıstana ezam olunmuş müxbirinin məlumatına görə, bunu QDTİB-in prezidenti Dmitri Pankin Salonikidə “Qara dəniz regionu post-pandemiya dövründə: QDTİB rəhbərliyi ilə strateji dialoq” adlı tədbir zamanı deyib.
Onun sözlərinə görə, bu müddət ərzində 20 əməliyyat üzrə 530 milyon avro məbləğində müqavilələr imzalanıb, müştərilərə 635 milyon avro ödənilib.
D.Pankin qeyd edib ki, hesabat dövründə bankın ödənilməmiş portfeli 2,25 milyard avroya çatıb. Bu, ötən ilin sonu ilə müqayisədə 8 faiz çoxdur:
“2021-ci ilin martında Bank iqlim dəyişikliyi ilə mübarizə üzrə strategiya qəbul edib. Strategiya iqlim dəyişikliklərinin fəsadlarının yumşaldılmasında öz səhmdarlarına dəstəklə bağlı məqsədyönlü rolunu müəyyən edir. Strategiyaya əsasən, QDTİB iqlim üçün daha əlverişli əməliyyatların maliyyələşdirilməsinə üstünlük verəcək”.
(Tərcümə: Orxan Nəbiyev)