Təbrizli alpinist Səid Mirzayi 8611 metr hündürlüklə dünyanın ikinci ən yüksək və ən təhlükəli qülləsi olan K2 zirvəsinə dırmanıb.
AzerTimes xəbər verir ki, o, bu barədə yaydığı videoda bildirib.
“Bu qələbəmi Azərbaycana və azərbaycanlılara həsr edirəm”, – alpinist paylaşımında deyib.
Səid Mirzayi dünya üzrə 7000 metrdən yüksək 6 zirvəyə qalxdığı üçün beynəlxalq “Qar qaplanı” tituluna layiq görülüb
O, bundan əvvəl Pamir və Tanrı dağında (Tyan Şan) 7000 metrlik zirvələrə qalxmağı bacardığına görə Rusiya Dağçılıq Federasiyası tərəfindən də mükafatlandırılıb.
Qeyd edək ki, “Qar qaplanı” titulu Pamir və Tanrı dağlarında olan 7000 metrlik 5 zirvəyə qalxan alpinistlərə verilən beynəlxalq idman adıdır.