Moldova Prezidenti Maya Sandu ölkəsinin AB-yə daxil olması üçün referendumun keçirilməsi təşəbbüsü ilə çıxış edib, o, Qaqauziya sakinlərinin Avrasiya vektoru ilə hesablaşmalı olacaq.
AzerTimes xəbər verir ki, bunu Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul deyib.
O bildirib ki, 2014-cü ildə Qaqauziyada keçirilən referendumda sakinlərin 98%-dən çoxu Avrasiyaya inteqrasiyanın tərəfdarı olub:
“Bu, qaqauz xalqının iradəsidir, Sandu və hakim partiyanın digər nümayəndələri bunu nəzərə almalı olacaq. Demokratik, hüquqi dövlətin bütün vasitələrindən istifadə edərək muxtariyyət sakinlərinin mövqeyini müdafiə edəcəyik”.
Qeyd edək ki, Sandu ölkənin AB-yə daxil olması üçün vətəndaşların fikrini öyrənmək məqsədilə referendum təşəbbüsü ilə parlamentə müraciət edib.