Qaqauz lideri Rusiya səfərini yarımçıq qoydu

Qaqauz lideri Rusiya səfərini yarımçıq qoydu

Moldovanın Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul Rusiyaya səfərini Kişinyovda keçirilən məhkəmə prosesi ilə əlaqədar yarımçıq qoyub.

AzerTimes xəbər verir ki, bu barədə Qutsul jurnalistlərə açıqlamasında deyib.

“Bu gün Sankt-Peterburqda keçirilən Avrasiya Qadınlar Forumunda çıxış etməli idim, amma məhkəmə iclası olduğundan geri uçmalı oldum, çünki bircə görüşü buraxmağa haqqım yoxdur”, – Qutsul bildirib.

Qeyd edək ki, Yevgeniya Qutsul siyasi partiyanın maliyyələşdirilməsində qanun pozuntularında ittiham olunur.

Teqlər: