Rusiyadan qayıdan Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul Kişinyov hava limanında saxlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, onun Kişinyov hava limanında sənədlərin yoxlanılması zonasından çıxmasına icazə verilmir.
Qeyd edək ki, aprelin 2-də Moldovada Qutsula qarşı qadağan olunmuş Şor Partiyasının maliyyələşdirilməsində pozuntulara görə ittiham irəli sürülüb.
Bundan əvvəl o, Rusiyada səfərdə olub və orada Kişinyovda indiki hökumətə qarşı bir neçə sərt bəyanatlar verib.