Rusiya Federasiyası ilə uzun illər, onilliklər ərzində dostuq və yaxşı münasibətlərimiz olub. Biz davam etmək istəyirik və Rusiya Federasiyasından dəstək istəyirik.
AzerTimes xəbər verir ki, bu sözləri Moldovanın Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul Rusiyanın Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşündə deyib.
Federasiya Şurasının sədri isə öz növbəsində Rusiyanın Qaqauz muxtariyyəti ilə qarşılıqlı əlaqəni davam etdirməyə sadiq olduğunu, bu yanaşmanı düzgün hesab etdiklərini, hər cür yardıma hazır olduqlarını bildirib.
Qeyd edək ki, separatçı “Dnestryanı Moldova respublikası” da keçirilən qurultayda deputatlar Rusiya Federasiyası Şurası və Dövlət Dumasından kömək istəmək və Kişinyovun “iqtisadi blokadası” ilə mübarizə haqqında qərar qəbul edib. Separatçı qurumun “xarici işlər naziri” Vitali İqnatyev isə Moskvadan diplomatik dəstək gözlədiklərini açıqlayıb.
Rusiya XİN müraciətə baxılacağını qeyd edib.