Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar olunub

Xəbər - Çingiz Səfərli – Trend:

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Masallı rayonu ərazisində keçirilən nəzarət tədbirləri zamanı 42-BS-592 dövlət nömrə nişanlı “Qazel” markalı nəqliyyat vasitəsilə qanunsuz meşə materialının daşındığı müəyyən olunub.

Bu barədə AzerTimes-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, avtomobilin yük yerinə keçirilən baxış zamanı 4,75 m3 həcmində meşə materialı aşkar edilib.


Araşdırma zamanı qanunsuz yolla əldə edilmiş meşə materialının Lənkəran rayon sakini Rüfət Səfərov tərəfindən daşındığı və təbiətə ümumilikdə 1276 manat məbləğində ziyan dəydiyi məlum olub. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

Twitter: @cingizsafarli

Teqlər: