Qanunsuz silahlar könüllü olaraq polisə təhvil verilib

Xəbər - Samir Əli – Trend:

Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 21-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 7 ədəd ov tüfəngi götürülüb.

Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 4 silah könüllü olaraq polisə təhvil verilib.


Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

Teqlər: