Xəbər - Çingiz Səfərli – Trend:
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xaçmaz rayonu ərazisində keçirilən növbəti nəzarət tədbirləri zamanı rayonun sahil zolağından ekskavator və “MAZ” markalı 27-BU-102 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə qanunsuz qum daşındığı müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AzerTimes-a bildirib ki, araşdırma zamanı qum daşıyan şəxslərin Xaçmaz rayon sakinləri Rauf Məmmədov və Eldar Kiçikbəyov olduğu məlum olub:
“Faktla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və onlar inzibati məsuliyyətə cəlb ediliblər”.