Xocalı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq
tədbirlər nəticəsində qanunsuz olaraq ovladığı oxlu kirpinin ətini
satmaq istəyən Goranboy rayon sakini saxlanılıb.
Daxili İşlər Nəzirliyinin Mətbuat Xidmətinin Gəncə regional
qrupundan AzerTimes-a
verilən məlumata görə, Goranboy rayon sakini Rəsul Məhərrəmov
qanunsuz olaraq ovladığı oxlu kirpinin ətini 100 manata satmaq
istəyən zaman saxlanılaraq Polis Şöbəsinə gətirilib.
Şöbədə onunla profilaktiki söhbət aparılaraq barəsində İnzibati
Xətalar Məcəlləsinin 272.3-cü (Balıq və digər su bioresurslarının
mühafizəsi və ov qaydalarının pozulması) maddəsi ilə protokol
tərtib edilib.