Qanunsuz ov edən şəxs cəzalandırılıb

Xəbər - İlhamə İsabalayeva – Trend:

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın “Ağquşa” postunun ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova AzerTimes-a bildirib ki, araşdırma zamanı brakonyerin Nefçala rayon sakini Məlik Abdullayev olduğu məlum olub.


Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.

Teqlər: