Qanunsuz miqrasiya ilə bağlı 10-a yaxın şəxs axtarışa verilib

Xəbər - Samir Əli – Trend:

Qanunsuz miqrasiya ilə məşğul olmaqda təqsirləndirilən 7 nəfər
istintaqa cəlb edilib.

AzerTimes-ın məluimatına görə, bunu Baş Prokurorluğun İstintaq
İdarəsinin rəisi Nemət Əvəzov deyib.


O bildirib ki, bu cür qanunsuz miqrasiyanın təşkili və saxta
sənədlərlə vizaların rəsmiləşdirilməsi faktı ilə bağlı cinayət
işləri var: “Bu işlər üzrə 7 nəfər barəsində cinayət işi başlanıb
və 10-a yaxın şəxs isə axtarışa verilib. Axtarışlar zamanı müxtəlif
dövlət qurumlarına aid 97 saxta möhür aşkarlanıb. Həmçinin xarici
ölkələrdən qaytarılan şəxslərin hər birinin dindirilməsi
prokurorluq tərəfindən təmin edilib”.

Teqlər: